Əri tərəfindən şiddətə məruz qalan aktrisa 15 dəqiqədə boşandı - Foto

 Əri tərəfindən şiddətə məruz qalan aktrisa 15 dəqiqədə boşandı - Foto

İllər öncə "Sihirli Annem" serialındakı "Tuğçe" obrazı ilə məşhurlaşan Damla Ersubaşı boşanıb.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa 2016-cı ildə evləndiyi həyat yoldaşı Mustafa Can Keser tərəfindən şiddət və xəyanətə məruz qaldığı üçün evliliyini sonlandırdığını bildirib.

Onların məhkəməsi cəmi 15 dəqiqə çəkib.

Xatırladaq ki, Damla Ersubaşı ikinci körpəsinə hamilə olarkən ərinin başqa bir qadınla səmimi görüntüləri yayılmışdı. Daha sonra Mustafa Keserin aktrisaya şiddət göstərdiyi də məlum oldu.

Mustafa Can Keser 2017-ci ildə isə bacısı Alev Keseri döydüyü üçün mühakimə olunub. Həmin il o, şiddət iddialarını qəbul edərək peşman olduğunu dilə gətirib.