ABŞ-da tarixi İsrail-Ərəb sazişləri imzalandı

ABŞ-da tarixi İsrail-Ərəb sazişləri imzalandı

Ağ Evdə İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında tarixi normallaşma prosesi ilə bağlı ilkin imzalanma mərasimi baş tutub.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, mərasimdə İsrail Baş naziri Binyamin Netanyahu, BƏƏ Xarici İşlər naziri Abdullah bin Zayed və Bəhreyn XİN rəhbəri Əbdüllətif əl Zayani iştirak ediblər.

İmzalanma mərasimindən öncə Oval Ofisdə jurnalistlər qarşısına çıxan Netanyahu, ABŞPrezidenti Donald Tramp və ərəb nazirlər İsrailin daha 5-6 ölkə ilə bu kimi razılaşmalar əldə edəcəyini bildiriblər.

Trampın sözlərinə görə, Bəhreyn, BƏƏ-nin və İsrailin razılaşmaları Yaxın Şərqdə "hərtərəfli sülh üçün əsas" olacaq.

Qeyd edək ki, İsraillə ərəb ölkələrinin sözügedən anlaşmasına 3 səmavi dində adı hallanan İbrahim Peyğəmbərə ithafən “İbrahim anlaşmaları” da deyilir.