Bakı metrosunun rəisinin oğlunun İngiltərədə çoxsaylı mənzilləri üzə çıxdı - Milyonluq layihə - oto

 Bakı metrosunun rəisinin oğlunun İngiltərədə çoxsaylı mənzilləri üzə çıxdı - Milyonluq layihə - oto

“Bakı Metropoliteni”nin rəisi Zaur Hüseynovun Londonda yaşayan 28 yaşlı oğlu Həbib Hüseynzadə İngiltərədə böyük həcmdə yeni investisiya müqaviləsi imzalayıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, iyunun 29-da bununla bağlı razılaşma əldə olunub, iyulun 21-də müqavilənin tələblərinə uyğun olaraq ödəmə Britaniyanın Barclay's Bank UK PLC bankı vasitəsilə icra olunub: "41 səhifəlik müqavilənin şərtləri əsasında vəsaitin həcmi və hansı məqsədlə köçürülməsinin detalları məxfi saxlanılır. Metropoliten rəisinin oğlu tikinti və daşınmaz əmlak biznesi ilə məşğul olur, indiyədək Callington yaxınlığında Downgate-də böyük ərazini satın alaraq, çoxsaylı evlər tikib, satışa çıxarıb".