Navalnının zəhərlənməsi: “Noviçok” Almaniyanın siyasi mənzərəsini dəyişə bilər

 Navalnının zəhərlənməsi: “Noviçok” Almaniyanın siyasi mənzərəsini dəyişə bilər

Oleq Nikiforov

"Nezavisimaya qazeta”, 10.09.2020

Hamburq qəzeti “Zeit”-in 38-ci sayında 7 müəllifin "Zəhərlənib" adlı çığırıcı başlıqla dərc etdiyi məqalə Almaniyanın dövlət xəbər agentliyi “Deutsche Welle”-də (DW) rus dilində dərc olunub və çox sayda rus nəşri tərəfindən təkrar çap edilib. Məqalədə “Rus müxalifətinin lideri Aleksey Navalnının “Noviçok” kimyəvi maddəsinin“ yeni təkmilləşdirilmiş ”versiyasından zəhərləndiyi və “DW”-də bu məlumatın rəsmi təsdiqinin olmadığı vurğulanır.

Qəzetin iddiasına görə, hücumdan əvvəl bu kimyəvi maddə mütəxəssislərə məlum deyildi, lakin “Noviçok” ailəsinə aid "onsuz da bilinəndən daha zərərli və ölümcül" maddədir. Nəşrdə qeyd olunur ki, Navalnının su içdiyi şüşənin boğazında qalıqlar (yəni izlər deyil) tapılıb. Başqa sözlə, rusiyalı həkimlər siyasətçinin toxumalarında zəhərli bir maddə axtararkən, alman hərbi bioloqları yalnız əşyalarda və Navalnının özündə aşkar edilmiş xarici izlərə istinad edirlər.

Bildiyiniz kimi, tədqiqat Münihdəki Farmakologiya və Toksikologiya İnstitutunda aparılıb. Görünən odur ki, hərbiçilərə Navalnının əlləri, boynu və butulkalardan yuyulma hissələri verilib. Ancaq bundan əvvəl Navalnı bir neçə gün Omsk xəstəxanasında olub (şüşənin yeri bilinməsə də, çox güman ki, o, zəhərdən möcüzəvi şəkildə xilas olan ailə üzvləri və ya ortaqlarında olub). Görəsən, o, dezinfeksiya məhlulları ilə yuyulub, yaxud silinibmi? Çox güman ki, bəli, çünki koronavirus testindən də keçirilib.

Bundan sonra, zəhərin Navalnının özünə və əşyalarına kimin və necə tətbiq etdiyi barədə fərziyyələr başlayır. Bunu yalnız xüsusi xidmətlərin edə biləcəyi barədə qeyd-şərtsiz bir nəticə çıxarılır. Sifarişi xüsusi xidmət orqanlarına kim verə bilərdi? Əlbəttə, “yalnız Putin və ya Kreml; istənməyən tənqidlərdən qurtulmaq naminə”.

İndi siyasətçilər hərəkətə gəliblər. "Onu susdurmaq istədilər və bütün Almaniya hökuməti adından bunu ən sərt şəkildə qınayıram", – Almaniya kansleri Angela Merkelin sözləridir. Bundan əlavə, hərəkətlərin məntiqi belədir ki, Münihdə təyin olunan "Noviçok" Beynəlxalq Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) qadağan olunmuş zəhərli maddələr (S) siyahısındadır və Münih İnstitutunun özü fəaliyyəti bu beynəlxalq qurum tərəfindən icazə verilən 17 təşkilatdan biridir. Odur ki, Almaniya Müdafiə Nazirliyinin xüsusi nümayəndəsi zəhərlənmənin dəlillərini Moskvaya deyil, OPCW-yə göndərib. Ancaq OPCW-nin nə edəcək – ən maraqlısı budur.

27 iyun 2018-ci ildə Böyük Britaniyanın təşəbbüsü ilə OPCW-nin səlahiyyətlərinin genişləndirilməsini müzakirə etmək üçün çağırılan Kimyəvi Silah Konvensiyasına İştirak edən Dövlətlərin Konfransında təşkilatın mandatının genişləndirilməsi üçün bir İngiltərə layihəsi qəbul edilib. O, kimyəvi hücumlara görə cavabdeh şəxsləri müəyyənləşdirmək səlahiyyətinə sahiblik hüququ verir. Buna səbəb yalnız Skripallarla bağlı iş idi.

İndi Navalnının zəhərlənməsi ilə bağlı istintaq, böyük ehtimalla, OPCW və Qərbin də təklif etdiyi kimi, Rusiya ərazisində aparılacaq.

Buna görə də, Omsk həkimləri əsrin sonuna qədər Navalnının analizlərinin nəticələrini gözləyə bilərlər. Çətin ki, nəticələr fərqlənsin. Axı zəhər siyasətçinin bədənində yox, əşyalarında tapılıb. Navalnının rus nümayəndələrinin gözündən kənarda qaldığı vaxt bədənində və paltarında hər hansı bir maddənin izini qoymaq üçün vaxt kifayət qədərdir.

Sadəlövh olmayaq, “NQ” artıq "Noviçok" adlanan zəhərli maddələr qrupuna 60-dan çox zəhər daxil olduğunu yazıb. Araşdırmalarının Skripalların zəhərləndiyi iddia edilən Salisböri yaxınlığında yerləşən İngiltərədəki kimyəvi və bioloji silahların araşdırılması mərkəzi olan Porton Daunun da daxil olduğu məlumdur.

“Noviçok” Rusiya xaricində təkmilləşdirilə bilərdimi? Çox güman ki, məsələn, eyni VX qrupunun OV-i Böyük Britaniyada yaradıldığından (Almaniyada Navalnı işi ilə əlaqədar cavabsız suallar verilir). Bunu Rusiyanı sevməyənlər Navalnının orqanizminə və əşyalarına yeridə bilərdimi? (Qərb xüsusi xidmət orqanlarının sui-qəsdi ilə bağlı sui-qəsd nəzəriyyələrini dərindən araşdırmayacağıq). Şübhəsiz!

İndi Navalnının zəhərlənməsi (xəyali və ya real) ilə bütün bu hekayətin siyasi nəticələri barədə. “NQ” Rusiya müxalifətinin ehtiyacları üçün müqəddəs fədakarlığın faydaları barədə artıq yazıb. Almaniyaya gəlincə, “Zeit”-in qeyd etdiyi kimi, “Putin Rusiyasının hələ də Almaniyanın ortağı olaraq qala biləcəyi sualı olduqca aktualdır. Berlində uzun müddət Moskvaya qarşı daha sərt mövqeyi müdafiə edənlər üçün kanslerin sözləri ümid oyandırır, digərləri isə, deyə qəzet vurğulayır, qorxurlar ki, kansler Almaniyanın şərq siyasətinin əsas axınına son qoyub Moskvadan qopacaq. Bu baxımdan “Nord Stream-2” belə bir siyasətin simvolu ola bilər.

Aydındır ki, Navalnı işi Transatlantik həmrəylik tərəfdarlarının mövqelərini gücləndirməyə xidmət edir və Almaniyada "Putini başa düşənlər"ə zərbə vurur. 2021-ci il federal seçkiləri ərəfəsində bu iş Almaniyadakı siyasi mənzərəni kökündən dəyişdirə, bəzi partiyaların mövqelərini möhkəmləndirə və digərlərini zəiflədə bilər.

Tərcümə: Strateq.az