Zabitlikdən deputatlığa... Ya da oyunçağa çevrilməyin axırı...

Zabitlikdən deputatlığa... Ya da oyunçağa çevrilməyin axırı...

İnsanı yetişdirən əsas həyat məktəbinin Ordu olduğunu desək, bəlkə də yanılmarıq. Orduya gələn hər bir şəxs isə həm fiziki, həm də psixoloji hazır olmalıdır. Əks təqdirdə bir müddətdən sonra sənə verilən bütün imtiyazlara baxmayaraq həyatda özünə yer tapmadığın kimi, orduda özünə yer tapa bilməyəcəksən.

Son vaxtlar peşəkar jurnalist, bloqer və vaynerlərdən başqa sosial şəbəkələrdə özlərinə yer tapmaq, ucuz nüfuz qazanmaq istəyən bəzi şəxslər ortaya çıxmışdır. Axı internetdə daha çox klaviatura “qəhrəmanı” olursan, ona görə də peşəkar olmağa ehtiyac olmur. Onlardan biri də vaxtilə ordu sıralarında xidmət etmiş, lakin qeyri-peşəkarlığına və boş-boğazlığına görə rütbəsi bir pillə aşağı endirilərək təxris olunmuş Tural Tağızadədir. 

O, T.Tağızadə ki, keçmiş Müdafiə naziri Səfər Əbiyevin vaxtında xidmətə başlamış və təcrübə qazanılması üçün xidməti dövründə xarici ölkələrə müxtəlif kurslara göndərilmişdir. O, isə öz növbəsində ona göstərilən etimadı doğrulda bilməmiş, savadsızlığı ucbatından Ordunu layiqincə təmsil etməmiş, ezamiyyətlərini müxtəlif əyləncələrə həsr etmiş və buna görə hətta xarici polislə problemlər yaşamışdı. Fikri-zikri yalnız xaricə qaçıb xidmətini “yola vermək” olanlar heç vaxt uğurlu hərbi karyera qura bilmirlər. Nəticədə isə xidməti vəzifələrini zəif və səriştəsiz yerinə yetirdiyinə görə ordu sıralarından qovulmuşdur. 

O, bundan sonra müxtəlif sahələrdə özünü sınamağa çalışmış, lakin hər dəfəsində də şəxsi keyfiyyətlərinin aşağı olması və kollektivdə özünə hörmət qazana bilməməsi səbəbindən həmin iş yerlərindən də ayrılmışdır. Hətta bir müddət Bakının mərkəzində yerləşən “Holiday İnn” otelində mühafizəçi olaraq da çalışmışdır. Əslində rəhbərlik ilk əvvəl ehtiyatda olan hərbçi olduğu üçün onu işə götürmüş, lakin onun yersiz hərəkətləri və danışıq etikasının zəif olması səbəbi ilə işdən uzaqlaşdırmışlar. Çox maraqlıdır ki, nə hərbidə, nə də mülki həyatda uğurlu karyera qura bilməyən bu şəxs deputat olmaq xülyasına da düşmüşdür. 

Ali Hərbi Məktəbi çox çətinliklə bitirməyə müvəffəq olmuş və digər heç bir əlavə təhsili və iş təcrübəsi olmayan bu şəxsin arzularını elə seçiciləri ürəyində qoymuşlar. Hazırda isə “Facebook” sosial şəbəkəsində aktiv olmağa çalışan bu şəxs “ekspert” kimi özünü göstərməyə, dövlət və onun qurumlarına, ordu və onun rəhbərliyinə dil uzatmağa başlamışdır. “Xalqa qarşı məkrli planlar”dan xəbər tutaraq onu ictimailəşdirməklə, özü kimi boş-bekar insan toplusunun dəstəyi ilə “qarşısını alan”  T.Tağızadə sonda xəyal dünyasında və həmin insan toplusunda “qəhrəman” elan edilir. Əlbəttə, heç bir iş görmədən monitor arxasında oturub fantaziya işə salmaqla çox şey qurmaq olar. Ön cəbhədə isə +45°,+50° isti altında xidmət edən zabitlər yalnız Azərbaycan torpaqlarının tezliklə işğaldan azad olunması üçün əllərindən gələni edir, öz canlarını belə düşünmürlər. 

Əlbəttə ki, T.Tağızadə və onun timsalındakı söz qəhrəmanları eyni vaxtda eyni mövzulardan yazanda hamısının bir mərkəzdən idarə olunduğu gözdən qaçmır. Dövlətin və Ordunun işi barəsində şayiələr buraxmaq, deputatlara, zabitlərə və ekspertlərə söz atmaqla ürək bulandırmaq kimin işinə yarıyır, bir düşünək.. İstər bütün xidmətini asfalt üzərində keçirən, Qarabağ döyüşlərində bir gün belə iştirak etməyən, rus dilindəki materialları tərcümə edərək özünə elmi iş yazan Qəhrəman Mənsimzadə, istər bağ evində hələ də Ordunun malı olan darvazası duran, əsgərləri aylığa buraxmaqla özünə taxt-tac quran, xidmət yoldaşlarını şərləyərək Səfər Əbiyevə quyruq bulayan Rövşən Məhərrəmov, istər xidməti vaxtı əsl xidmətdən yayınaraq gününü xarici ezamiyyətlərdə keçirən, biraz çətinliklə üzləşən kimi əlavə faiz almaq üçün özünü xəstəliyə vuraraq ehtiyata qaçan Tural Tağızadə, itərsə də digər adlarını belə çəkilməsinə dəyməyənlərin ipləri kimin əlindədir deyə düşünsəniz, sizə bir ip ucu.. Dövlət malını talamaqdan doymayan, xaricdə həsrətlə dövlətin və Ordunun inkişafına baxaraq bunu həzm edə bilməyənləri göz önünə gətirin. 

Maraqlısı odur ki, hal-hazlrda canla-başla dövlətin və ordunun ”rifahı” üçün çalışan Tural Tağızadə seçkilər ərəfəsində özünü çox sakit və neytral aparırdı. Böyük ümidlərlə “haqqa səs verin” deyən bu şəxs ədalətli keçən seçkilərdən sonra narazı qalaraq öz aləmində “haqq səsini” çıxardı və ucuz populyarlıq axtarışına başladı. Üzdə Qəhrəman Mənsimzadə, Rövşən Məhərrəmovla “əqidə yoldaşı” olduğunu dəfələrlə desə də, onlardan kənarda yaxın çevrəsinə: sitat gətirirəm: “Onlar mənim itlərim-pişiklərimdi. Mən danış deyəndə danışırlar, danışma deyəndə danışmırlar” deyə bəhs etməyə başladı. Bu insanların çürük və saxta dostluqlarına nəzər salsaq, ancaq şəxsi maraqlarını güddükləri və sifariş yerinə yetirdiklərini aydın görmək olar. Onlara dövlətin yox, sadəcə sifarişçilərinin maraqları vacibdir. 

Sadəcə pis-yaxşı xidmət keçmiş bir hərbiçinin kimlərinsə əlində oyuncağa çevrildiyini görmək çox acınacaqlıdır. 

365oxu.com